Qərbin Zəngəzur çağırışı məni çaşdırır – Paşinyan

Qərbin Zəngəzur çağırışı məni çaşdırır – Paşinyan

Bəzi ölkələrin öz vətəndaşlarını Ermənistanın cənub bölgələrinə (Zəngəzur nəzərdə tutulur – red.) getməməyə çağırması məni çaşdırır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu cür çağırışlar biznes üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda, hökumət həm ölkə daxilində, həm də Zəngəzur bölgəsində milyard dollarlıq investisiya layihələri həyata keçirir. Üstəlik, son 5 ildə yatırılan investisiyaların böyük hissəsi ölkənin cənub bölgəsinin payına düşür. Hazırda İranla sərhəddə yerləşən Mehri gömrük məntəqəsi yenidən qurulur, Avropa Birliyinin dəstəyi ilə müasir texnologiyalarla təchiz olunmuş keçid məntəqəsi yaradılır, əlavə iş yerləri yaradılır”, – Paşinyan bildirib.

Qeyd edək ki, vaxtaşırı olaraq ABŞ, Fransa və bir sıra ölkələr öz vətəndaşlarına Ermənistanın regionlarına səfər etməmələri üçün çağırışlar edir.

Teqlər: