Qərb müttəfiqləri Ukraynaya daha çox silah ötürməyi təklif etsələr də tank tədarükü məsələsi həll olunmamış qalır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyanın Ramşteyn aviabazasında Qərb ölkələrinin nümayəndələrinin görüşü keçirilib. Orada Ukraynaya hərbi yardım məsələsi müzakirə olunub. Görüş iştirakçıları hava hücumundan müdafiə sistemləri və digər silahların tədarükü ilə bağlı razılığa gəliblər. Bununla belə, “Leopard 2” tanklarının tədarükü məsələsi açıq qalıb. Lakin ABŞ hələlik Ukraynaya öz Abrams tanklarını verməmək barədə qəti qərar verib.