Qərbin Ukraynaya diqqəti azalmayacaq – Kuleba

Qərbin Ukraynaya diqqəti azalmayacaq – Kuleba

Qərbin yardımlarının və diqqətinin azalacağını gözləmir.

AzerTimes xəbər verir ki, bun Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hollandiyalı həmkarı Hanke Bruins Slot ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Mən tərəfdaşlardan gələn dəstəyin azalmasını görmürəm. Əgər silah və sursat tədarükü haqqında danışsaq, hər şey qrafik üzrə olacaq. Bizim tərəfdaşlarımız başa düşürlər ki, Ukraynada Ukraynanın gələcəyindən daha çox şey təhlükə altındadır. Mən istər diqqət baxımından, istərsə də bizə gələn dəstək baxımından hər hansı bir yavaşlama və ya azalma gözləmirəm”, – XİN rəhbəri bildirib.

Teqlər: