Qərbin Ukraynadakı silahları məhv ediləcək – Polişçuk

Qərbin Ukraynadakı silahları məhv ediləcək – Polişçuk

Moskva Qərb ölkələrinə xatırlatmaq istəyir ki, Ukrayna ərazisinə gətiriləcək silahlar Rusiya hərbçiləri üçün qanuni hədəfə çevriləcək və tezliklə məhv ediləcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

“Kiyevə Qərb silahlarının tədarükünün artırılması bu münaqişənin genişlənməsinə səbəb olacaq. Hazırda biz sayıqlığımızı aşağı salmırıq, başa düşürük ki, Kiyev istədiyi silahı alacağı təqdirdə atəşi artıracaq və Krıma zərbə endirməyə cəhd edəcək”, – Polişçuk bildirib.

Teqlər: