Qərbdə praktiki olaraq “Stinger” daşınan zenit raket sistemləri tükənib.
AzerTimes xəbər verir ki, bunu “Nyusvik” nəşrinin analitiki Allan Orr deyib.
“Stinger” bitmək üzrədir, Rusiya bunu indi bilir”, – analitik bildirib.
Onun sözlərinə görə, bu, Ukraynanın əks-hücumunu çətinləşdirir, çünki hava müdafiəsi olmayan Ukrayna qoşunları Rusiya minalarından və artilleriyasından keçə bilmir:
“Bu silah olmadan Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterləri üçün asan hədəfə çevrilirlər”.