ABŞ və Avropanın Rusiyaya qarşı vahid cəbhəsi yanacaq böhranı və yüksək qaz qiymətləri səbəbindən dağılır.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit” jurnalının yazarı Jinju Linin məqaləsində bildirilib.
Müəllif xatırladıb ki, çərşənbə axşamı qlobal enerji bazarına zərbə vuran iki hadisə baş verib. Əvvəlcə Amerika şirkəti “Freeport LNG” zavodunda partlayış olub. Bununla ABŞ maye qaz ixracının həcmini 18 faiz azaldacaq ki, bu da Avropanın daha az yanacaq alması deməkdir.
Qeyd olunub ki, problem Rusiyanın “Qazprom” şirkəti tərəfindən “Şimal axını”nda turbinlərin bir hissəsinin bağlanması ilə daha da kəskinləşib, nəticədə gündəlik Avropa Birliyinə tədarük həcmi 167-dən 67 milyon kubmetrə düşüb:
“Bu hadisələrin hər ikisi AB-də qazın qiymətinin min kubmetr üçün 1300 dollara qədər kəskin artmasına səbəb olub”.