Qərbin Rusiya aviasiyasına qarşı sanksiyaları səmərəsiz oldu.
AzerTimes xəbər verir ki, bu barədə “Velt am Sonntag” nəşri yazıb.
“Rusiya mülki aviasiyasına qarşı embarqo müharibənin başlamasından sonra AB-nin ilk tədbirlərindən biri idi. Bu, Rusiya dövlətini həssas yerindən vurmalı idi. Qərbin ümid edirdi ki, Rusiya aviasiya texnologiyalarına çıxışının olmaması səbəbindən xeyli zəifləyəcək. Bu plan uğursuz oldu”, – məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, Rusiya 2023-cü ildə 1 280 807 daxili uçuş keçirib ki, bu da 2022-ci illə müqayisədə 18 min uçuş çoxdur.