Qərbin Qarabağ planı: Əliyev hər kəsi qabaqladı

Qərbin Qarabağ planı: Əliyev hər kəsi qabaqladı

Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmir və növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər:

Ermənistana gedən ermənilərin yenidən geri qaytarılması;

Bu məsələdə Rusiyanın öz, Qərbin öz maraqları var, lakin hər iki tərəf siyasi oyunu eyni alət üzərində qurur:

– Daha çox erməninin qayıtması Moskva üçün sülhməramlı kontingentinə ehtiyacın olması deməkdir;

– Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə “beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir;

Fransa “Ermənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa və bununla bağlı qətnamənin qəbul edilməsinə də hazırlaşır. İstisna deyil ki, qarşıdakı dövrdə ermənilərin qayıtması məsələsi üzərindən Azərbaycana qarşı kampaniyanı genişləndirməyə də çalışacaqlar. Lakin bu planların perspektivi görünmür.

Birincisi, işğal dövründə yaşadıqları ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını görən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəməyəcək;

İkincisi, çox az hissəsi geri qayıtmaq istəsə də Azərbaycan bayrağı altında Azərbaycan vətəndaşı olaraq yaşamalı olacaqlar və bu, erməni əhalisi üzərindən separatizm planlarının qarşısını qanun çərçivəsində almaq imkanı verir;

Əslində Əliyev Xankəndidə bayraq qaldırmaqla yeni oyun qurmaq istəyən tərəfləri də qabaqlamış oldu.

Teqlər: