Qərbin “peşka”sı qalib gəlsə, Bakı… – Solonnikovdan şok

Qərbin “peşka”sı qalib gəlsə, Bakı… – Solonnikovdan şok

28 maya qədər Türkiyəni çətin dövr gözləyir. Bu, tarixi seçkidir. Burada güclü dövlətlərdən biri olan Türkiyənin hansı qüvvələrin tərəfində olacağı, nüfuzunu qoruyub, milli maraqlarını reallaşdırıb, beynəlxalq gündəmə təsir göstərəcəyi, yoxsa tamamilə Qərbin tərəfinə keçəcəyi müəyyən ediləcək.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Ərdoğan və rəqibinin hansı səfərbərlik resursuna sahib olacağı önəmlidir. Türkiyənin hazırkı prezidenti ilk turda qalib gəlmək üçün təxminən 250 min səsi çatmadı, əslində bu, acınacaqlı rəqəmdir. Ərdoğan ölkəsinin milli maraqlarını müdafiə edən, müstəqil, beynəlxalq vəziyyətə təsir edən, Rusiyanın, üstəlik Azərbaycanla yaxşı münasibətləri olan çox güclü liderdir. Onun qələbəsi isə təbii ki, həm Rusiya, həm də Azərbaycanın xeyrinədir. Əgər Qərbin peşkası – Kılıçdaroğlu olmasaydı, Türkiyədəki seçki prosesinə güclü Qərb təzyiqi olmasaydı, Ərdoğan artıq birinci turda sözsüz ki, böyük fərqlə qalib gələcəkdi. Ona qarşı təxribatlar, gülməli ssenarilər, Kılıçdaroğlunun Rusiyanın seçkiyə müdaxiləsi iddiası ilə bağlı açıqlamalarını gördük”, – o bildirib.

Solonnikov qeyd edib ki, Türkiyə müxalifəti qərbyönlü mahiyyətini gizlətmir:

“Onlar (Türkiyə müxalifəti – red.) hətta Azərbaycana, yumşaq desək, tərəfdaş kimi baxmırlar. Kılıçdaroğlu birbaşa deyir ki, NATO ölkələrinin ümumi kursunu rəhbər tutacaq. Bəs o kimdir? Bu, Fransadır, bu, hazırda Ermənistanda yerləşən sülhməramlılardır (AB missiyası – red.). Müxalifət qalib gəlsə, Türkiyə AB-yə üzvlüklə bağlı danışıqları bərpa edəcək, sonra isə ümumavropa birliyinə doğru addımlar atacaq, yəni Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayacaq, Cənubi Qafqazda isə Türkiyə Ermənistanı dəstəkləyəcək və Azərbaycandan yan keçməklə, onunla münasibətləri yaxşılaşdıracaq. Kılıçdaroğlu Türkiyədəki seçkidə qalib gəlsə, bu, bölgə üçün yeni təhlükə olacaq. Türkiyənin əli ilə Qərbin vəzifəsi Rusiya ətrafında qaynar nöqtələr, qeyri-sabitlik yaratmaq olacaq. Rusiya və Türkiyənin qarşılıqlı əlaqədə olduğu Suriyada, hər yerdə sabitliyin pozulması baş verəcək”.

Teqlər: