Qərbin də regiondakı yeni reallıqları qəbul etməsi Prezident İlham Əliyev diplomatiyasının uğurudur – Türkiyəli tədqiqatçı

Qərbin də regiondakı yeni reallıqları qəbul etməsi Prezident
İlham Əliyev diplomatiyasının uğurudur.

Bunu Brüsseldə keçirilən üçtərəfli görüşü Trend-ə şərh edən Şanxay Universitetinin Qlobal
İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

S.Yeniacun qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyev
yürütdüyü uğurlu xarici siyasətlə 30 illik işğal müddətində baş
verənləri və ölkənin haqlı mübarizəsini dünyaya doğru bir şəkildə
çatdırdı, bölgədəki yeni reallığı başda Avropa olmaqla, bütün
dünyaya qəbul etdirdi.

“Prezident İlham Əliyevin diplomatik uğuru qərb ölkələrinin
Rusiyaya sanksiyalar tətbiq etdiyi bir vaxtda Soçidə imzalanan
razılaşmanın Avropa İttifaqı tərəfindən də qəbul edilməsidir.
Ermənistan artıq Soçi razışlaşmasının şərtlərinə əməl etməli
olduğunu Avropanın təzyiqi ilə də hiss edəcək. Düşünürəm ki,
Brüsseldə keçirilən görüşün ən önəmli məqamlarından biri də bu idi.
Azərbaycan müharibədə azad etdiyi torpaqlarını qorumaq üçün həm
ordusu ilə, həm də Prezident İlham Əliyevin liderliyi ilə yürütdüyü
diplomatiyası ilə ciddi bir imtahan verdi və bunda çox böyük uğur
qazandı”, – deyə türkiyəli tədqiqatçı əlavə edib.

Teqlər: