Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var – Markov

Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var – Markov

İndi Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var; o, sülhün bərqərar olmasını deyil, Rusiyanı Qafqazdan çıxarmaq istəyir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Azərtac-a müsahibəsində deyib.

“Böyük dövlətlər regionda sabitliyi pozmağa çalışırlar. Təcrübəli imperialist yırtıcılar müxtəlif qüvvələr və alətlərlə manipulyasiya edərək, “parçala və hökm sür” prinsipi ilə hərəkət etməyə alışıblar. Qərb Cənubi Koreyaya, Almaniyaya, Yaponiyaya gələndə, bu ölkələr firavanlığa doğru irəlilədilər. İndi hər şey fərqlidir. Qərb İraqa, Əfqanıstana, Ukraynaya, Gürcüstana gəlib, bu ölkələri xaos vəziyyətinə salıb. Orada firavanlıq yoxdur.

Avropa Birliyinin digər strateji məqsədi öz ətrafında dost və asılı siyasi rejimlər kəməri yaratmaqdır. AB Gürcüstan və Ermənistan üzərində nəzarətini gücləndirmək və Azərbaycan üzərində nəzarəti bərqərar etmək üçün Ermənistandan Cənubi Qafqaza doğru marşrut kimi istifadə edəcək. ABŞ-ın digər mühüm məqsədi İrana qarşı gələcək müharibə üçün tramplin yaratmaqdır”, – Markov qeyd edib.

Teqlər: