Qərbin Kiyevin cinayətlərini səssizcə təsdiqləməsi bütün dünyanın yaraqlılarını ruhlandırır.
AzerTimes xəbər verir ki, bunu “lxr” rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Ukrayna hərbçiləri tərəfindən Novoaydardakı xəstəxananın vurulmasına reaksiya verərkən bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın Luqansk vilayətinin Novoaydar şəhərində Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub. Nəticədə 14 rus hərbçisi ölüb, 24 nəfər isə yaralanıb.