Qərbi Ukraynanı qoparıb, Polşaya birləşdirmək istəyirlər

Qərbi Ukraynanı qoparıb, Polşaya birləşdirmək istəyirlər

Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynandan qoparılacaq.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə deyib.

Onun sözlərinə görə, Qərbi Ukraynanı qoparıb Polşaya birləşdirmək istəyirlər:

“Bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir”.

Lukaşenko bildirib ki, amerikalılar bu planı dəstəkləyir: “Minsk və Moskva üçün Qərbi Ukraynanın ayrılması qəbuledilməzdir. Əgər Qərbi Ukrayna əhalisinin dəstəyə ehtiyacı varsa, o zaman təbii ki, biz bunu dəstəkləyəcəyik”.

Teqlər: