Qərbi azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı məsələsi olduqca həssas xarakter daşıyır.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.
Zaxarova Ermənistan tərəfinin də oxşar müraciətinin olduğunu da xatırladıb.