Qərbi Azərbaycan əyalətinin Bukan bölgəsində hökumət məmurları ilə silahlı qruplaşma arasında qarşıdurma olub.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Təxribat törətməyə hazırlaşdıqları iddia edilən 3 nəfərdən ikisinin öldürüldüyü, birinin isə yaralandığı bildirilib.
Bununla yanaşı, qeyd edilib ki, silahlıların qaçmasına yardım etməyə çalışan daha 3 nəfər həbs edilib.
Onların kimliyi və hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.