İyulun 9-da təhlükəsizlik məmurları Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərində Norveç vətəndaşı olan Hadi Zahirini həbs edərək naməlum yerə aparıblar.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
17 ildir Norveçdə yaşayan Hadi Zairinin ailəsini görmək üçün İrana qayıtdığı bildirilib. Bir neçə gün əvvəl isə o təhlükəsizlik idarəsinə çağırılıb, dindirilib, özünün, həyat yoldaşının və iki övladının pasportları müsadirə olunub.
Onun harada saxlanıldığı və nədə ittiham edildiyi barədə məlumat əldə etmək mümkün olmayıb.