Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərində bələdiyyə idarəsinin məsul şəxsləri həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda 13 nəfərin həbs edildiyi, onlardan 6 nəfərinin məsul şəxs olduğu bildirilib. Qalan 7 nəfər isə məsul şəxslərlə əməkdaşlıqda günahlandırılıb.
Həbs edilənlərin korrupsiya və dövlət əmlakını mənimsəmə əməllərinə görə saxlanıldıqları bildirilir.