Qərbi Azərbaycanda da külək fəsadlar törətdi

Qərbi Azərbaycanda da külək fəsadlar törətdi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində güclü külək fəsadlar törədib.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin icra hakimi Qulamhüseyn Əmmari məlumat yayıb.

Onun sözlərinə görə, sürəti saatda 65 kilometrə çatan külək ağacları aşırıb, reklam bannerlərini sıradan çıxarıb, bir neçə binanın dam və fasad örtüyünü dağıdıb.

Əmmari şiddətli külək nəticəsində 9 nəfərin yaralandığını bildirib.

Teqlər: