Bu gün 11 qeyri-hökumət təşkilatı (QHT) Qərbi Afrikada 38 milyon
insana təsir edəcək ərzaq fəlakəti barədə xəbərdarlıq edib.
AzerTimes-ın
məlumatına görə, 11 QHT (Oxfam, Action Against Hunger, Save the
Children, CARE İnternational, Beynəlxalq Xilasetmə Komitəsi (IRC),
Norveç Qaçqınlar Şurası (NRC), ALIMA, Tearfund, World Vision,
Handicap International – Humanité & Inclusion and Mercy Corps.)
tərəfindən imzalanmış bəyanatda Qərbi Afrikanın son on ildə ən
güclü ərzaq böhranı yaşadığı, 27 milyon insanın aclıqdan əziyyət
çəkdiyi bildirilir. Təcili tədbirlər görülməsə, bu rəqəm növbəti üç
ayda 38 milyona çata bilər ki, bu da yeni tarixi səviyyədir.
11 QHT Avropa İttifaqı və Sahel və Qərbi Afrika Klubunun
təşkilatçılığı ilə Sahel və Çad gölü regionunda ərzaq böhranı üzrə
virtual konfrans ərəfəsində bəyanatla çıxış edib.
Qərbi və Mərkəzi Afrika üzrə “Uşaqları xilas edin” QHT-nin
direktoru Filip Adaponun sözlərinə görə, son onillikdə Qərbi Afrika
regionunda ərzaq böhranları azalmayıb, əksinə artıb. Vəziyyət yüz
minlərlə insanı köçməyə və özləri də artıq çətin vəziyyətdə olan
himayədar ailələrdə yaşamağa vadar edir, qida, xüsusilə də uşaqlar
üçün sağlam qida kifayət qədər deyil.
Quraqlıq və onun bu Afrika regionunun əhalisinin böyük
hissəsinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatına təsiri ilə
yanaşı, Avropadakı böhran Afrikaya beynəlxalq yardımın kəskin
azalmasına səbəb olur.
QHT-nin bəyanatında qeyd olunur ki, bir çox donor artıq Afrikaya
ayrılan maliyyəni kəsəcəklərini bildiriblər. Danimarka Burkina-Faso
(2022-ci ildə 50 faiz) və Maliyə (2022-ci ildə 40faiz) ikitərəfli
inkişaf yardımının bir hissəsini Ukraynadan qaçqınların qəbulunu
maliyyələşdirmək üçün ayıracağını bildirib.
BMT-nin müəyyən etdiyinə görə, Qərbi Afrika regionuna 16 ölkə
daxildir: Benin, Burkina-Faso, Kabo-Verde, Qambiya, Qana,
Qvineya-Konakri, Qvineya-Bisau, Kot-d’İvuar, Liberiya, Mali,
Mavritaniya, Niger, Nigeriya, Seneqal, Sierra Leone və Toqo.
Западная Африка переживает самый серьезный продовольственный
кризис за последнее десятилетие, и в ближайшее время он может
усугубиться. Об этом говорится в обнародованном во вторник докладе
группы международных неправительственных организаций, включая
Oxfam, Save the Children (“Спасите детей”), International Rescue
Committee (“Международный комитет спасения”) и ряд других, передает
AzerTimes со ссылкой на
ТАСС.
“Голодают 27 млн человек, а к июню это число может возрасти до
38 млн человек, если не будут приняты срочные меры”, – цитирует
документ информационное агентство Maghreb Arabe Presse (MAP).
“За десятилетие продовольственные кризисы не только не стихли,
но и обострились в регионе Западной Африки, особенно в
Буркина-Фасо, Нигере, Чаде, Мали и Нигерии. В период с 2015 по 2022
год количество людей, нуждающихся в срочной продовольственной
помощи, увеличилось почти в четыре раза, с 7 до 27 млн человек”, –
подчеркивается в докладе.
Как отметила со своей стороны Ассалама Давалак Сиди,
региональный директор Oxfam по Западной и Центральной Африке, “по
сравнению с прошлым годом в некоторых зонах региона Сахеля
производство зерновых сократилось примерно на треть”. “Запасы еды в
семьях на исходе. Засухи, наводнения, конфликты и экономические
последствия пандемии коронавируса вынудили миллионы людей покинуть
свои земли, подтолкнув их к краю пропасти”, – сказала она.
“Ситуация вынуждает сотни тысяч человек переезжать жить к другим
семьям, которые и без того находятся в тяжелых условиях. Не хватает
продовольствия, и тем более недостаточно питательных продуктов для
детей. Мы должны срочно помочь им, потому что их здоровье, будущее
и даже жизни находятся в опасности”, – предупредил Филипп Адапо,
директор НПО Save the Children по Западной и Центральной
Африке.