Qərbə qarşı bəyanat səsləndirmədim – Kaladze

Qərbə qarşı bəyanat səsləndirmədim – Kaladze

Mən anti-qərb bəyanatları səsləndirməmişəm.

AzerTimes xəbər verir ki, bu barədə Tiflis meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

“Mənim anti-qərb bəyanatlarımdan heç olmasa bir misal göstərin. Dünənki çıxışımda anti-qərb bəyanatı olan nə var idi? “Milli Hərəkat” Qərbyönümlü çıxışlar edəndə bu, ən böyük bədbəxtlik olur”, – deyə Kaladze bildirib.

Qeyd edək ki, Kaladze Gürcüstan hakimiyyətinin ikinci cəbhə açmaqdan imtina etməsi səbəbindən Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusundan məhrum edildiyini söyləmişdi.

Teqlər: