Rusiya Qərb dövlətləri ilə geosiyasi müharibə aparmaq niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dmitri Biriçevski deyib.
“Biz sadəcə olaraq, təhlükəsizlik, suveren inkişafımız sahəsində maraqlarımızın nəzərə alınmasını və bizə hörmət olunmasını istəyirik. Vəssalam! Və biz bərabərhüquqlu tərəfdaşlar kimi danışıqları davam etdirəcəyik”, – Biriçevski bildirib.