Bu cür məcburi olmayan, tövsiyə xarakterli qətnamələr icra edilə bilməz, ona görə də bununla bağlı gözləntilərə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Qrayr Karapetyan deyib.
“Fakt budur ki, Qarabağda baş verən hadisələrlə bağlı hazırda Azərbaycana qarşı heç bir sanksiya və ya hüquqi qüvvəyə malik qərar yoxdur”, – o bildirib.
Karapetyan xatırladıb ki, Bakı heç Beynəlxalq Məhkəmənin Laçın yolunun açılması ilə bağlı verdiyi qərara məhəl qoymadı:
“Azərbaycana qarşı daha ciddi qətnamələrə ehtiyac var, lakin Avropa və ABŞ-ı Azərbaycanla birləşdirən çoxsaylı maraqları nəzərə alaraq, Qərbin belə qərarlar verməyə hazır olduğuna şübhə edirəm. Xüsusilə, söhbət Qərbi Azərbaycandan asılı saxlayan enerji resurslarından gedir”.
Karapetyan hesab edir ki, təkcə Avropa deyil, ABŞ da “hərəkətsizdir”:
“ABŞ Azərbaycana hərbi yardım göstərmək qərarını belə ləğv etməyib. Avropadan gələn bəyanatların arxasında isə heç nə yoxdur”.