Qərbdə Ukraynanın parçalanma ssenarisinə baxılır

Qərbdə Ukraynanın parçalanma ssenarisinə baxılır

ABŞ və onun müttəfiqləri Ukraynanın ikiyə bölünməsi ssenarisini istisna etmirlər.

AzerTimes xəbər verir ki, bunu “Nəşnl Revyu”nun köşə yazarı Noa Rotman deyib.

“Zelenski hökuməti bu faktla qarşılaşna qədər Qərbin Ukrayna məsələsinə həvəsi azalmağa davam edəcək. O an Ukrayna sözün əsl mənasında parçalanacaq. Və bu parçalanma onun qondarma tərəfdarlarının razılığı ilə olacaq”, – Rotman bildirib.

Onun fikrincə, Ukraynanın müqavimət göstərmək və 1991-ci il sərhədlərinə çatmaq üçün kifayət qədər gücü yoxdur:

“Donbas və Krımı ələ keçirmək cəhdləri Qərbə çox baha başa gələcək, bunun üçün çoxlu sursat, texnika və hava dəstəyi lazımdır”.

Teqlər: