Qərbdə ətraf mühitlə bağlı neft-qaz şirkətlərinə olan təzyiqlər neft qiymətlərini qaldırır, Azərbaycan bundan yararlana bilər – Brenda Şaffer

Qərbdə ətraf mühitin nəzərə alınması ilə bağlı neft-qaz şirkətlərinə böyük təzyiqlər var. Bu isə bazarda neft qiymətlərini qaldırır. Azərbaycan bundan çox yararlana bilər.

AzerTimes xəbər verir ki, bunu enerji məsələləri üzrə beynəlxalq ekspert Brenda Şaffer deyib.

Onun sözlərinə görə, neft qiymətləri son on ilin rekordlarını vurub: “Brent markası artıq 75 dollara yüksəlib. Sonuncu dəfə 13 il öncə belə qiymətlərlə rastlaşmışdıq. Məncə, qiymət düşəndən sonra yenə də qalxacaq. Bazar göstərir ki, təlabat güclüdür. Bu, Avropa və ABŞ-dan kənar ölkələr üçün bir imkandır. Bir çox böyük şirkətlər guya istehsallarının azaldığını və özlərini ətraf mühitə önəm verirlərmiş kimi göstərmək üçün avadanlıqlarını satırlar. Digər dövlətlər üçün isə bu gözəl bir imkandır. Təbii ki, əvvəl-axır yeni texnologiya erasına daxil olacağıq, hansı ki, neft və qazdan istifadə edilməyəcək. Bəlkə də 40-50 il sonra. Amma o vaxta kimi neft və qaza çox təlabat olacaq. Enerji transformasiyası texnologiyaya görə yox, siyasi dəyişikliklərə görə baş verir”.

Teqlər: