Qərbdə Bakını “hədələmə yarışı” gedir: Ukrayna yaddan çıxdı?

Qərbdə Bakını “hədələmə yarışı” gedir: Ukrayna yaddan çıxdı?

Qarabağdan köç Ukraynada müharibə ilə yanaşı Qərbdə trend mövzuya çevrilib. Ona görə də Qərbdə bir qrup siyasətçi məsələyə münasibət bildirmək yarışına girişib, açıqlamalarında Azərbaycanı hədələməyi də unutmurlar.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bunun müvəqqəti hal olduğunu da vurğulayıb:

“Qarabağa missiya göndərmək haqqında da açıqlamalar verməyə başlayıblar. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinə etiraz etməyib. Bu o deməkdir ki, dövlət başçısı hansısa xüsusi missiyanın Qarabağa səfərinin əleyhinədir. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəməyərək bölgəni tərk edirlər, bunu müşahidə etmək üçün missiyaya nə ehtiyac var? Bunlar da geridə qalacaq, Qarabağda separatizmin kökünü kəsdiksə, Qərbdəki dairələrin haqsız iddiallarıyla da mübarizədə uğur qazanacağıq. Zaman keçdikcə Qərb Qarabağı unudacaq, biz isə bölgədə tərəfdaşlarımızla quruculuq çalışmalarını sürətləndirəcəyik.

ABŞ və Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa ehtiyacları var”.

Teqlər: