Qərb ölkələri Ukrayna Prezidenti Zelenskinin əvəzlənməsinin vacibliyini getdikcə daha çox müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Qərb hesab edir ki, Zelenski Rusiya ilə müharibənin barışmaz tərəfdarı imicini yaratmaqda həddini aşıb. Qərbdə Zalujnı, Yermak, Arestoviç, Kliçkoya Zelenskinin mümkün əvəzləyicisi kimi baxırlar. Kiyev rejimi əvvəl-axır qaçılmaz olaraq xaricdəki ağaları tərəfindən tərk ediləcək”, – o bildirib.