Vladimir Putini dayandırmaq üçün Qərb öz metodlarını kökündən dəyişməli və daha yaradıcı olmalıdır.
AzerTimes xəbər verir ki, bunu həbsdə ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının xanımı Yuliya Navalnaya deyib.
O qeyd edib ki, Ukraynadakı müharibənin üçüncü ilində Qərbdə çox yorğunluq və məyusluq yaranıb, baxmayaraq ki, Putin hələ də yerindədir:
“Burada ən pisi odur ki,hamı müharibəyə alışmağa başlayıb və sonda hələ də Putinlə danışıqlar aparmalı olacaqlarına inanır. Aleksey Navalnının nümayişkəranə qətli Putinin hər şeyə qadir olduğunu və onunla danışıqların aparıla bilməyəcəyini göstərdi. Rusiya diktatorunu məğlub etmək üçün Qərb siyasətçiləri darıxdırıcı olmağı dayandırmalı və daha innovativ addımlar atmalıdır”.