Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq – Çalıy

Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq – Çalıy

Ukrayna yaxın bir neçə il ərzində ya NATO-ya qoşulacaq, ya da nə qədər qəribə səslənsə də, Rusiya ilə münasibətlərin qurulmasına qayıdacaq.

AzerTimes xəbər verir ki, bunu ukraynalı diplomat Valeri Çalıy deyib.

O bildirib ki, Ukraynaya münasibətdə Qərb strateqləri və analitikləri yanlış yanaşma sərgiləyirlər:

“Onlar hesab edirlər ki, əgər Ukrayna yaxın illərdə NATO üzvü olmasa, o zaman Alyansla Rusiya Federasiyası arasında yenə də bufer-zona olaraq qalacaq. Ancaq bufer-zona həmişə qeyri-sabitdir. Məsələn, Belarusu indi NATO ölkələri üçün bufer-zona adlandırmaq olmaz”.

O, həmçinin qeyd edib ki, NATO və AB-yə inteqrasiya prosesi də “geri dönə” bilir:

“Necə ki, Gürcüstan hazırda Rusiyaya doğru qayıdır – baxmayaraq ki, 2008-ci il müharibəsi olmuşdu. Ona görə də Ukrayna ya NATO üzvü olacaq, ya da üzünü Rusiyaya çevirəcək. Yəni bir çox obyektiv səbəbə görə, Ukrayna artıq bufer-zona olmayacaq”.

Teqlər: