Bəzi Qərb ölkələri bütün problemlərin öz-özünə həll olunması üçün Ukraynanın təslim olmasını gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Xarici işlər nazirləri tez-tez məndən soruşurlar: Siz nə qədər dözə biləcəksiniz? Belə bir hiss var ki, hamı bizim dağılmağımızı və problemin bununla da öz-özünə aradan qalxacağını gözləyir”, – Kuleba deyib.