Rusiya ilə son ukraynalıya qədər döyüşməyi planlaşdıran Qərb bu ölkənin əhalisinin sayına əhəmiyyət vermir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Serbiyadakı səfiri Aleksandr Boçan Xarçenko bildirib.
“Belqraddakı Avropa nümayəndə heyətinin rəhbərinin Serbiya mediasında yayılan guya “80 milyona yaxın Ukrayna vətəndaşının köməyə ehtiyacı var” bəyanatına diqqət yetirdik. Aydın məsələdir ki, Rusiya ilə son ukraynalıya qədər vuruşmaq niyyətində olan Qərb bu ölkənin əhalisinin real sayına əhəmiyyət vermir”, – Xarçenko bildirib.