Qərb ictimaiyyəti bir qədər səbirsizdir və ola bilsin Ukraynaya silah göndərmək, dəstəkləməkdən yorulub.
AzerTimes xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.
“Qərb dünyasında şərq sərhədimizdən kənarda baş verənlərə marağın azaldığını görürəm. Biz polyaklar Ukrayna ilə bağlı Rusiyaya qarşı mübarizənin nə qədər vacib olduğu barədə müzakirələri canlandırmalıyıq, çünki Qərb getdikcə daha çox baş verənlərdən yorulur. Qərbdə ictimai rəyin Avropanın gələcəyinin burada həll olunduğunu daim başa düşməsi çox vacibdir”, – o bildirib.