Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir və sonuncu ukraynalıya qədər döyüşməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.
Ukraynadan Qərb yalnız Rusiyanı iqtisadi və beynəlxalq müstəvidə zəiflətmək məqsədilə geosiyasi məqsədlər üçün istifadə edir. Bu geosiyasi məqsədlər naminə mən qorxuram ki, Qərb Rusiya ilə sonuncu Ukrayna əsgərinə qədər vuruşacaq”, – baş nazir bildirib.
Fitso bu problemin həllinin artıq çox yaxın olduğunu bildirib.