Ukraynanın əks-hücumunun uğursuzluğunda Qərb günahkardır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.
“Ukraynanın əks-hücumunun hamımızın ümid etdiyimiz nəticələri verməməsi məni məyus etdi. Düzünü desəm, proqnozlaşdırdığım nəticələrə üzüldüm. Qərb uğursuz oldu, Ukrayna yox”, – Hoces bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini aviasiya, eləcə də yüksək dəqiqlikli uzaqmənzilli silahlarla təmin edə bilmədi.