Çin və Rusiya arasındakı əməkdaşlıq Qərb ölkələri üçün təhlükəlidir.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Onları fərqli dünya nizamı qurmaq istəyi birləşdirir. Fakt budur ki, onlar bizim dəyərlərimizi bölüşmürlər. Azadlıq və demokratiyaya olan inamımızı pozan maraqları müdafiə etməyə çalışırlar”, – Stoltenberq bildirib.