Qərb nümayəndələri anladılar ki, “Krokus Siti Holl”da baş vermiş terror aktına münasibətlərini dəyişməsələr, arxada qalacaqlar və ona görə də kütləvi şəkildə Rusiya Xarici İşlər Nazirliyinə baş çəkdilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Onlar, o cümlədən qərblilər dünən nazirliyimizə gəldilər və anladılar ki, özlərini dominant elan etmələrinə baxmayaraq, dünya artıq irəli addım atıb. Və bu dəhşətli faciəyə münasibəti dəyişməsələr, tamamilə kənarda qalacaqlar”, – Zaxarova bildirib.