Qərb tərəfdaşları Rusiyaya qarşı müharibədə Ukraynaya əhəmiyyətli dərəcədə kömək edir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Qərb bizi maliyyə, siyasi və hərbi cəhətdən xilas edir. Əgər onlar bizə indi, yaxud əvvəllər yardım etməsəydilər, o zaman biz indi Lvovun müdafiəsindən danışardıq. On görə yox ki, biz qorxaqıq, ona görə ki, sadəcə müdafiə olunmağa heç nəyimiz yox idi. Biz indi Qərbin yardımı sayəsində cəbhə xəttində dayanırıq”, – deyə Arestoviç bildirib.