Qərb şərt qoyub: Rusiyanı vura bilmərik, amma…

Qərb şərt qoyub: Rusiyanı vura bilmərik, amma…

Krım körpüsü Rusiya tərəfindən Ukraynanın ərazi sularında qanunsuz tikilib və Ukrayna ərazisi hesab olunur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsinin Qərb tərəfdaşlarına ABŞ və Avropanın verdiyi silahlarla Rusiyanı vurmamaq vədini şərh edərkən deyib.

Arestoviç qeyd edib ki, tərəfdaşları Krım körpüsünə zərbə endirib-endirməməklə bağlı hər hansı məhdudiyyət tətbiq etməyib:

“Rusiya Federasiyasını vurmayaq? Vurmayaq! Ukrayna ərazisində kifayət qədər hədəfimiz var. Krım körpüsü Ukraynanın ərazi sularından keçir. Bu, bizim ərazimizdir”.

Arestoviç əlavə edib ki, Krım körpüsünün başına hər cür bəla gələ bilər:

“Bu, Ukraynanın ərazi sularında tikilmiş qeyri-qanuni tikilidir. “Boykonun qüllələri” qanunsuz zəbt edilib. Onlara nə oldu? Krım körpüsünü də eyni aqibət gözləyir”.

Teqlər: