Qərb ölkələri Arktika resursları və kosmos uğrunda artan qlobal rəqabət çərçivəsində Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırırlar.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.
Onun fikrincə, tətbiq edilən sanksiya məhdudiyyətləri Rusiyanın Arktika layihələrinin icrasını pozmağa yönəlib:
“Qərb Rusiyanı regionda cilovlamaq kursu müəyyənləşdirib, ölkəmizin Arktikadakı uğurları onlar tərəfindən ağrılı şəkildə qəbul edilir”.