Qərb səhv edir, vaxt Rusiyaya işləyir – Orban

Qərb səhv edir, vaxt Rusiyaya işləyir – Orban

Ukraynadakı münaqişədə vaxt Rusiyanın tərəfindədir və Qərbin hesablamalarının əksinə olaraq, Ukrayna ordusu döyüş meydanında mövqeyini yaxşılaşdıra bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“İstənilən halda Ukraynada hərbi əməliyyatlar tez bir zamanda dayandırılmalıdır, çünki orada hər gün insanlar ölür. Bu məsələlər fevralın 1-də AB-nin Brüsseldə keçirilən sammitində müzakirə olunub. Qərb hələ də düşünür ki, zaman bizim tərəfimizdədir və müharibə nə qədər uzun sürsə, Ukrayna üçün hərbi vəziyyət o qədər yaxşılaşacaq. Amma həqiqət bunun əksidir. Zaman rusların tərəfindədir və müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan öləcək və qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyəcək”, – nazir bildirib.

Teqlər: