ABŞ və müttəfiqləri Rusiyaya qaydasız müharibə elan etdi və məhdudiyyətlər altında yaşamağı öyrənməsinə baxmayaraq, ölkəsini sevən hər kəs yeni məhdudiyyətlərə cavab verməlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Budur, Amerikanın yeni sanksiyaları. Tezliklə yeni Avropa sanksiyaları da olacaq. Onlara cavab vermək lazımdırmı? Yox, onların sayı artıq on minlərlə ölçülür. Biz onlarla yaşamağı və inkişaf etməyi öyrənmişik. Amma digər tərəfdən zəruridir. Axı onlar – ABŞ və onun müttəfiqləri bizə qaydasız müharibə elan etdilər!” – Medvedyev bildirib.