Qərb Rusiyanın dağılmasını buna görə istəmir

Qərb Rusiyanın dağılmasını buna görə istəmir

Əlbəttə, “kollektiv Qərb” Rusiyanın bölgədə hegemonluğuna son qoymaq istəyir və bunun üçün mümkün alətlərdən istifadə etməyə çalışır. Ancaq Rusiyanın dağılması nə “kollektiv Qərbin”, nə də Rusiyaya qonşu olan ölkələrin bir qisminin maraqlarına cavab verir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya prezidenti tərəfindən vaxtaşırı olaraq “Kollektiv Qərb SSRİ-dən sonra Rusiyanın dağılmasını istəyirdi” fikrinə münasibət bildirərkən qeyd edib.

“Kollektiv Qərb” Rusiyanın dağılmasını ən azı ona görə istəməz ki, nüvə düyməsinin kimin və ya hansı radikal qüvvələrin əlinə keçəcəyindən narahatdır. Qonşu ölkələrin də bir qismi Rusiyanın dağılmasını ona görə istəməz ki, bu böyüklükdə ölkədə başlana biləcək xaos ətrafa daha çox problem yaradacaq. “Kollektiv Qərb” və Avrasiya bölgəsinin bir qisim dövləti Rusiyanın dağılmasını deyil, o dərəcədə zəiflməsini istəyir ki, bu dövlət beynəlxalq aləmə problemlər yaratmasın, yalnız daxili sabitlik və iqtisadiyyatı barədə düşünsün”, – politoloq vurğulayıb.

Teqlər: