Qərb ölkələri Rusiyanı yıxmaq üçün Ukraynadan istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” nəşrinin dərc etdiyi məqalədə bildirilib.
“Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi “Milad atəşkəsi” razılaşmasını rədd etməsi Ukraynadakı münaqişənin dalana dirəndiyini göstərdi. Rusiya və Ukrayna arasında sülh danışıqlarının şərtləri hələ müzakirə olunmaqdan uzaqdır. Ukraynaya silah yardımı göstərdi ki, Qərb hələ də vəziyyəti sakitləşdirmək əvəzinə, Rusiyanı yıxmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır”, – məqalədə qeyd olunub.