Rusiyalı investorlar aktivlərinə qoyulan qadağanı aradan qaldırmaq üçün məhkəmə iddiası hazırlayırlar.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim sahibkarlar və dövlətin özü Qərbdə talan edilib. İnvestorlar xaricdə əngəllənmiş, lakin onlara məxsus olan aktivləri geri qaytarmaq üçün mübarizə aparmağın bəzi yollarını tapmağa çalışırlar”, – o bildirib.
Peskov vurğulayıb ki, hazırda Rusiyanın Avropa məhkəmələrinə müraciət etmək hüququ məhduddur:
“Sahibkarlar öz hüquqları və əmlakı üçün mübarizə aparmalıdır”.