ABŞ başda olmaqla Qərb ölkələri Ukraynada Rusiyanı məğlub etmək istəyirlər, lakin bunlar ümidsiz planlardır.
AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Vəziyyət belə görünür ki, Qərb ABŞ-ın rəhbərliyi altında Almaniyanın köməyi ilə Rusiyanı məğlub etmək istəyir. Məncə, ümidsizdir. Real konturlarda görünməyən uğur qazansaq belə, o qədər yüksək qiymət ödəməli olacağıq ki, bütün bunlara dəyməz”, – Orban bildirib.