Qərb Rusiyadan qorxur – Danilov çağırış etdi

Qərb Rusiyadan qorxur – Danilov çağırış etdi

Əgər indi Rusiyanın qarşısı alınmasa, yaxın gələcəkdə Qərb artıq tam hüquqlu Rusiya-İran-Çin ittifaqı ilə məşğul olacaq və bəzi Avropa ölkələri də bu ittifaqa qoşulacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ukrayna ayrı-ayrı tərəfdaşlar arasında Ukraynadakı müharibə, atəşkəs və s. məsələlərlə bağlı ruslarla danışıqların keçirilməsi zərurəti haqda müzakirələrin intensivləşməsindən narahatdır. Bütün bunlar Rusiyaya qarşı kövrək qorxu ilə bağlıdır”, – Danilov vurğulayıb.

Danilov vurğulayıb ki, Qərb Rusiyadan qorxmamalı və bu məsələdə Ukraynadan nümunə götürməlidir.

Onun fikrincə, demokratik dünya qorxu əvəzinə Rusiyaya sərt cavab verməlidir, çünki söhbət geniş mənada demokratiya və tiraniya arasındakı mübarizədən gedir:

“Rusiya Ukrayna üçün təhlükədir, Çin ABŞ üçün əsas təhlükədir, Çin-Rusiya-İran ittifaqı isə bütün dünya üçün çağırışdır. Əgər Qərbin Rusiyaya münasibətində dəyişiklik olmasa, Rusiyanın özündə dəyişikliklər baş verəcək. Onda 15-20 ildən sonra dünya təkcə Şimali Koreya, Çin, İran və Rusiyanı deyil, bəzi Avropa ölkələrini də əhatə edəcək yeni “şər oxu” ilə üzləşəcək”.

Teqlər: