Cari ilin əvvəlindən Avropa Birliyi ölkələri Rusiyadan qaz tədarükünü 48% azaldıb.
AzerTimes xəbər verir ki, bu barədə “Qazprom” şirkəti məlumat yayıb.
Qeyd edək ki, “Qazprom” bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azdır.