Rusiyadan idxal edilən neftin qiymətinin məhdudlaşdırılması mexanizmi onun dəyərini yarıbayarı azalda bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Fumio Kisida deyib.
“Rusiya nefti üçün maksimum qiymət təyin edəcəyik ki, bu da indiki səviyyənin yarısı olacaq və neftin daha yüksək qiymətə alınmasına imkan verməyən mexanizm yaradacaq”, – nazir bildirib.
Baş nazirin sözlərinə görə, bununla bağlı G7 sammitində müzakirələr aparılıb.