Qərb qoşunları Ukraynaya nəzəri olaraq göndəriləcəyi təqdirdə hərbi əməliyyatlarda iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Stefan Sejurne deyib.
“Onlar konkret tələblərdə iştirak etməlidirlər. Minaların təmizlənməsi, kibermüdafiə, yerli silah istehsalını nəzərdə tuturam”, – deyə bildirilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.