Qərb qorxur: Kiyevə “ərazi itkisi” təklif edəcək…

Qərb qorxur: Kiyevə “ərazi itkisi” təklif edəcək…

Bəzi Qərb rəsmiləri Ukraynaya müharibəni dayandırmaq üçün ərazi güzəştləri ilə bağlı sazişlər təklif edir, lakin bu, həm Kiyevin, həm də Moskvanın məqsədlərinə cavab vermir.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Qərbdə adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ və onun Almaniya kimi əsas Avropa müttəfiqləri Rusiyanın qələbəsinin qarşısını almaq istəyirlər, lakin Ukraynaya birbaşa qalib gəlməyə kömək edən xərclərdən və risklərdən qorxurlar:

“Onlar qorxurlar ki, Ukraynanın “maksimalist məqsədləri” sonsuz müharibəyə səbəb olacaq. Buna görə də onlar Kiyevə NATO və ya AB-yə üzvlüyü müqabilində ərazisinin bir hissəsinin faktiki itirilməsi ilə razılaşmağı təklif etmək istəyirlər”.

Teqlər: