Krım Ukraynanın nəzarətində olacaq, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə…
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
“Məndə müvafiq vasitələr olan kimi nə isə edəcəyəm. Vecimə deyil, heç kim məni dayandıra bilməz”, – deyə o bildirb.
O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da açıqlayıb və bildirib ki, ölkədə hələ də görüləcək çox böyük işlər var.